"Müğənnilər oxudu qutardı. Aş da gəldi, kabab da gəldi, tort da gəldi. Bəs bu aşpaz niyə çıxıb getmədi evinə? Aşpazın sənətçilərin yanında nə işi var axı. Şəkil çəkdirmək istəyirsən?"
Axşam.az-ın məlumatına görə, bu sözləri “ATV maqazin onlarla”nın “Hit-parad” rubrikasının qonağı olan müğənni-bəstəkar Ramal İsrafilov deyib. Həmkarı Niyam Salamini tənqid edən ifaçı onun haqda sərt fikirlər səsləndirib:
“Bu aşpazda qəşəng yeməklər var. Həm də deyəsən bir dəfə mənə pul filan göstərmişdi. Mən o pulun iki qatını verdim ona, gəlsin bağımda aşpaz işləsin. O cür sənətin var, nə üçün gəlib düşmüsən bu ağır yola? Heç olmasa əziyyətlə gəlmisən, haqq itirmə. Göygöz kosa kimi burdan öldürürsən ordan çıxır.
Rəhmətlik İlhamə xanım demişkən, sən yaxşı oxuyursan, amma aşpazsan da. Biri yandırır, biri cırır. Mən də əlcəklərimi geyinmişəm. Zarafatları, söhbətləri gətirib efirə çıxarmaq olmaz. O mahnı mənim mahnımdır. Bəli, dəstək olmuşam. Mən elə insanları əylənmək üçün çox istəyirəm. Onda görə biləcəyim ancaq şıltaqlıq və zarafatdır. Başqa cür qəbul edə bilmirəm. Özün məni tanıyırsan.
Ömür boyu məndən qidalanmısınız. Nə oldu birdən- birə adam tapmadın reklam etməyə. Gəldin sənə mahnı yazan adamın arxasınca danışdın. Efirdə mədəniyyət deyilən bir şey var. Bazar adamı kimi danışmağın yeri yoxdur. Düzgün yanaşmadığına, hörmət qoymadığına görə, bir az soyuq baxıram. Aşpaz aşpazdır da. Sənətə yaxın olmaq üçün bir az mədəniyyətli olmaq lazımdır”
Digər xəbərlər
loading...