İyulun 3-də gün ərzində, iyulun 4-də də axşamadək ölkə ərazisində qızmar, anomal hava şəraiti davam edəcək
Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, həmin müddətdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40-43 dərəcə isti olacağı gözlənilir ki, bu da yüksək göstərici sayılır: “Bu gün hava nisbətən sərinləsə də, iyulun 3 və 4-də yenidən durğun hava şəraiti müşahidə ediləcək, 40-43 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi 43-44 dərəcə isti bu il iyulun 1-də müşahidə edilib. İyulun 3 və 4-də qeydə alınacaq temperatur da rekord göstərici olacaq”.
Gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanların, uşaqların, yaşlı insanların olduqca diqqətli olmasını vacib sayan U.Tağıyeva bildirib ki, ən maksimal temperaturlar saat 11.00-dan 17.00-dək gözlənildiyindən həmin müddətdə insanlar açıq havada olmamağa çalışsınlar”.
U.Tağıyeva əlavə edib ki, qızmar hava şəraitindən sonra iyulun 4-dən 5-ə keçən gecədən başlayaraq, hava sərinləyəcək, Bakıda şimal küləyi əsəcək. İyulun 5, 6 və 7-sində ölkə ərazisində sərin hava şəraiti müşahidə ediləcək və havanın temperaturu iqlim normasına yaxınlaşacaq.
Digər xəbərlər
loading...