Dünən Bakıda 20 nəfər günvurma şikayəti ilə təcili yardıma müraciət edib
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, günvurma diaqnozu ilə indiyədək 69 nəfər müraciət edib, onlardan 28-i xəstəxanalara yerləşdirilib. Müraciət edənlərin əksəriyyəti orta yaşlarında kişi, 4-ü azyaşlı, 9-u isə qadındır.
Nazirlik vətəndaşlara bildirir ki, günvurma zamanı əsasən baş ağrısı və halsızlıq simptomları olur. Bu zaman təcili yardıma müraciət etmək lazımdır. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət görülür.
Qeyd edək ki, dünən Bakıda son 120 ilin rekord temperatur göstəricisi müşahidə edilib.
Digər xəbərlər
loading...