Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib
APA-nın məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2016-cı il təvəllüdlü Nuray Cavid qızı Məmmədova hadisə yerində ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılar 1977-ci il təvəllüdlü Cavid Məmmədov, onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aidə Kərimova və qayınanası, 1962-ci il təvəllüdlü Dizbəz Kərimovadır. Sürücü (C. Məmmədovun qaynı) və bir azyaşlı uşaq (C. Məmmədovun övladı) qəzadan xəsarətsiz ötüşüblər. Ölən azyaşlı da C. Məmmədovun övladı olub.
İlkin məlumata görə, qəzaya səbəb avtomovolin şininin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...