Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanı Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, erməni jurnalistlərlə görüşdə Ermənistanın baş naziri Ermənistan-Azərbaycan sərhədində növbəti gərginliyi belə şərh edib.
“Biz artıq demişdik ki, sərhədə toplaşıblar, Azərbaycanın bəyanatlarına görə, irimiqyaslı təlimlər keçiriləcək. Güman edirəm ki, silahlı qüvvələrimiz istənilən inkişaf ssenarisinə hazır olmalıdırlar və mən belə əmr vermişəm”, – baş nazir deyib.
Onun sözlərinə görə, son günlər Azərbaycan sərhədə canlı qüvvə və hərbi texnika cəmləyir.
Ermənistan hökumət başçısı həmçinin bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədində mühəndis və möhkəmləndirmə işləri aparmağa cəhd ediblər.
Digər xəbərlər
loading...