Onların fikrincə narkotik bitkilərin satışından hər il 1 milyard dollarlıq vergi gəliri əldə etmək mümkündür
Avropada marixuananın satışının leqallaşdırılması hərəkatı geniş vüsət alıb.
Bunun üçün onun arxayın şəkildə əhali içində satılmasını arzulayan bəzi strukturlar mətbuata və müxtəlif şirkətlərə milyardlarla pul verirlər.
Həmin şəxslərin problemin həlli ilə bağlı özlərinə məxsus təklifləri var.
Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, Böyük Britaniyanın İqtisadi məsələlər üzrə institutunun araşdırmalarına əsasən, marixuananın adadakı qara bazarının ümumi həcmi 2,6 milyard funta (5,8 milyard manat) bərabərdir.
İnstitun ekspertlərinin fikrincə, bu səbəbdən marixuananın leqallaşdırılması həm ölkədə cinayətkarlığın azalmasına, həm qara bazara öldürücü və təhlükəli narkotik maddələrin daxil olmasının əngəllənməsinə, həm də dövlət büdcəsinə ildə 1 milyarddan çox gəlirin gəlməsinə gətirib çıxara bilər.
İnstitutun hesablamalarına görə, hər il Böyük Britaniyada 255 ton marixuana satılır. Ekspertlər ölkədə 3 milyondan çox narkotikdən istifadə edən şəxsin olduğnu bildiriblər. Onların hər biri ildə 82,5 qram, gündə isə orta hesabla 1,6 q. narkotik qəbul edirlər.
Britaniyalı iqtisadçılar “onsuz da alan varsa onlara daha keyfiyyətli mal təklif edək” prinsipi ilə hərəkət etməyi təklif ediblər.
Hazırda Böyük Britaniya qara bazarında marixuananın qiyməti 10 funt təşkil edir. Əgər bu maddələrin satışı leqallaşdırılsa və onun hər qramına 4 funt qiymət müəyyən edilsə o zaman tələbat 255 tondan 321 tona qədər artacaq.
Britaniyalı ekspertlərin bununla əlaqədar başqa qəribə nəticələr çıxarıblar. Onların firkincə, lisenziyalaşdırma sayəsində marixuananın qeyri-leqal satışı ilə mübarizəyə sərf edilən xərclərdən, habelə narkotik asılılığı olan şəxslərin müalicəsinə ayrılan vəsaitlərdən qurtulmaq mümkün olacaq. İkincisi bu işlərlə məşğul olan şirkətlərin açılması sayəsində yeni iş yerlər qazanmaq imkanı yaranacaq.
Araşdırma müəllifləri öz aləmlərində marixuananın istifadə edilməsi ilə əlaqədar sərt tərbirləri də müəyyən ediblər. Onların təklifinə əsasən, hökumət spirt və tütün məmulatlarında olduğu kimi, narkotik vasitələrin də qəbuluna 18 yaş limiti qoymalıdır.
Lakin bu məsələyə şiddətlə qarşı çıxanlar daha çoxdur. Onların bildirdiyinə görə, Hollandiya kimi narkotik vasitələrin satışına icazə verildiyi ölkələrdə problem nəinki həll edilməyib, hətta bu işlə məşğul olan qaranlıq qüvvələrin dövlət içindəki təsiri və nüfuzu daha da artıb.
Narkotik vasitələrin satışı daha asanlıqla başa gəldiyi üçün həmin şəxslərin əlində külli miqdarda nağd, “isti” pullar cəmlənib. Bu isə iqtisadiyyatın bütün sahələrində nağd pula ehtiyacı olan adamların və ya hüquqi şəxslərin onlardan asılı vəziyyətə düşməsinə və beləliklə dövlətin narkomafiyanın əsirinə çevrilməsi təhlükəsini yaradıb.(musavat.com)
Digər xəbərlər
loading...