Rusiyapərəst Ermənistan Qərbin boğazında sümük idi. Nəticədə, onlar Ukraynada və Gürcüstanda sınaqdan keçmiş ssenarini tətbiq etmək qərarına gəldilər. Ermənistanda adi maydan baş verdi. Orada bunu korrupsiya əleyhinə inqilab kimi qələmə verməyə cəhd edirlər. Lakin bu narıncı ssenaridir
Bu barədə “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında rusiyalı politoloq Valeri Korovin deyib.
“Ermənistanda baş verənlərin xüsusi hal olması və xalqın küçələrə korrupsiya əleyhinə çıxması barədə deyilənlər boş sözdür. Bu amerikalılar tərəfindən hazırlanmış maydandır və xüsusi heç nə yoxdur”, - Korovin bildirib.
Onun sözlərinə görə, Ermənistandakı inqilabdan sonra Rusiyanın Cənubi Qafqazda faktiki olaraq yalnız bir müttəfiqi qalıb.
“Azərbaycan Rusiyanın yeganə müttəfiqinə çevrilib. Bu faktdır. O ki qaldı Gürcüstana, bu ölkə amerikalılar tərəfindən ilk olaraq işğal ediib. Hazırda Rusiyanın məhz Azərbaycanla ən strateji münasibətləri formalaşır”, - o qeyd edib.
Digər xəbərlər
loading...