Dünya çempionatının 1/8 final mərhələsində Uruqvayla matça start heyətində başlayan Kriştianu Ronaldu növbəti rekorda imza atıb
MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin hücumçusu həmin oyunla birlikdə karyerasının 38-ci Avropa və dünya çempionatı matçına çıxıb.
Bununla da Ronaldu Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştaygerin rekordunu təkrarlayıb. O, bu matçlardan 17-ni dünya çempionatında, 21-ni isə qitə birinciliyində keçirib. Şvaynştaygerdə isə bu göstərici uyğun olaraq 18 və 20-dir. Dünya və Avropa birinciliklərində ən çox qol vuran oyunçu rekordu isə Miroslav Klozedə qalıb. Almaniyalı 19 qolla zirvədədir. Ronaldu isə qollarının sayını 16-a çatdıraraq 3-cü pillədə Yürgen Klinsmana ortaq olub. İkinci pilləni də daha bir almaniyalı - Gerd Müller zəbt edib (18 qol).
Ronaldu bu qollardan 9-nu Avropa, 7-ni isə dünya çempionatında vurub.
Digər xəbərlər
loading...