İyulun 1-də saat 14:00 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.
ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.
Digər xəbərlər
loading...