Yeni dərs ilinin başlanmasına az qalıb. Ölkənin bir çox yerlərində yeni dərs ilinə ciddi hazırlıqlar görülür, məktəblər təmir olunur, sinif otaqları metodik vəsaitlərlə tam təmin edilir.
Lakin Lerik rayonunun əksər kəndlərində olduğu kimi, Siyov kəndində də “köhnə hamam, köhnə tas”dır. Bu günlərdə rayona səfər edən yenilik.az saytının əməkdaşı kənd məktəbinin şəkillərini çəkib.
Bu şəkillərdə Lerik rayon İcra Hakimiyyətinin təhsilə münasibəti aydın şəkildə təzahür edib. Görəsən İcra Hakimiyyəti böyük bir kəndin uşaqlarının normal təhsil ala bilməsi üçün kiçik bir məktəb tikdirə bilməzdimi? Lerikin icra başçısı və müavinləri öz övladlarının belə sinif otaqlarında təhsil almalarına razı olardımı?
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...