Qafqaz siyasəti olmadan Rusiya marginallaşar. Qafqaz siyasəti Rusiya üçün çox vacibdir. Rusiya və Azərbaycan bir yerdə olmağa məhkumdurlar. Xalqların tarixi həmişə ağırdır. Lakin biz hazırkı zamanı fikirləşirik və gələcəyə baxırıq. Bunları rusiyalı politoloq Maksim Şevçenko “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında deyib
Aydındır ki, yeni erməni hakimiyyəti Vladimir Putini qıcıqlandırır. Bu, Paşinyanın futbol üzrə dünya çempionatının açılışına Moskvaya səfəri zamanı da görünürdü. Onun sözlərinə görə, Vladimir Putin Serj Sarkisyanla, Karen Karapetyanla işləyib və məlumat var ki, Sarkisyan ATƏT MQ çərçivəsində Azərbaycanla sülh danışıqlarında iştirakla bağlı müəyyən vədlər verib.
“Paşinyanın hakimiyyətə gəlişi və Sarkisyanın yaxın ətrafının həbsi Rusiya-Ermənistan münasibətlərini büsbütün dəyişdi. İndi Rusiya tədricən sülh prosesindən kənarlaşdırılır. Rusiya prezidenti isə onunla belə rəftar edilməsini xoşlamır”, - o bildirib.
Politoloqun sözlərinə görə, Cənubi Qafqazda, ələlxüsus Ermənistanda vəziyyəti ABŞ və İsrail tərəfindən hazırlanan İrana qarşı müharibə kontekstində qiymətləndirmək lazımdır.
“Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Amerika ssenarisinin tərkib hissəsidir. Paşinyanın arxasında ABŞ-ın Erməni Assosiasiyası durur. Onlar Paşinyanı hazırlayaraq hakimiyyətə gətiriblər. İş burasındadır ki, Ermənistan-İran sərhədi ABŞ və İsrailin xüsusi xidmətlərinin əlində deyildi. İndi isə İranla sərhəd praktiki olaraq blokada vəziyyətindədir. Ümid edirik ki, Azərbaycan-İran sərhədi bu taleyi yaşamayacaq, belə ki, Bakı ilə Tehran arasında sərhədlərin açıq olmasına qarşı gələcəkdə cəhdlər ediləcək”, - o hesab edir.
Şevçenkonun sözlərinə görə, Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-la İran arasında müharibə ehtimalı çox yüksəkdir. Bununla birlikdə, Cənubi Qafqaza ABŞ-ın İrana qarşı əsas zərbə meydanı rolu ayrılıb.(virtualaz.org)
Digər xəbərlər
loading...