Tərtər rayonunda həmkəndlisinin evindən pul oğurlayan yeniyetmə saxlanılıb
Rayonun Bayandur kənd sakini Novruz Həsənov Polis şöbəsinə evindən 385 manat pulun oğurlanması ilə bağlı müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluğu elə kişinin 17 yaşlı həmkəndlisi Muradlı Cahandar Vəfadar oğlu törədib.
Saxlanılan şəxs əməlini etiraf edib və hadisəni günorta saatlarında, evdə heç kim olmayan zaman törətdiyini bildirib. O, sandıqdan götürdüyü pulun bir hissəsini xərclədiyini, qalanını isə yaşadığı evdə gizlətdiyini, sonda isə polisə təhvil verdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. (report.az)
Digər xəbərlər
loading...