Senatdakı müzakirə Konqreslə hökumət arasındakı ziddiyyətləri ortaya çıxarıb
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 30 iyun 2018-ci il
ABŞ hakimiyyəti, məcburi olsa da, regionda Türkiyə ilə əməkdaşlıq etmədən heç bir konkret addım ata bilməyəcəyi həqiqətini görməyə başlayıb və iki ölkə arasındakı münasibətlərdə yaşanan problemləri daha da böyütmədən, hər hansı bir şəkildə həll etməyin yollarını axtarır.
Konqres isə Türkiyəsiz irəliləməyin mümkün olmadığını görsə belə, yenə də problemlərin üstünə getmək və onları böyütmək istəyənlərin nəzarətində öz israrını davam etdirərək, iqtidarı çətinliyə salır.
Pompeo xeyli çətinliyə düşüb
Senatın Xarici yardımlar komitəsində şahid kimi dindirilən Xarici işlər naziri Mayk Pompeo, senatorların Türkiyə haqqındakı müxtəlif suallarına cavab verərkən, Konqreslə hökumət arasında dərində mövcud olan ziddiyyətlər ortaya çıxıb.
F-35-lərin Türkiyəyə satılmasına qadağa qoyulması üçün iki ayrı təklifin müəllifi olan senatorlar Janna Şahin və Kris Van Hollenin suallarına Pompeonun verdiyi cavablar hökumətin Türkiyə haqqında necə bir daxili ziddiyyət yaşadığını ortaya qoyub.
Mayk Pompeo, Türkiyə ilə bağlı tərəddüdlərini ortaya qoyan senatorların təsbitlərinə qatılsa belə, hökumət problemlərin üstünə gedərək, Türkiyəni ABŞ-dan daha da uzaqlaşdırmaq istəmir.
Konqresdə hökumətin bu yanaşmasına qatılaraq, Türkiyə ilə birgə necə irəli gediləcəyinə dair daha məqbul yol müəyyən etmək istəyənlər olsa da, xüsusilə yevangelist seçicilərin təsiri altında olan üzvlər bu orta yolu istəmirlər və mövcud problemlərin daha da üstünə gedən sərt mövqelər tutulmasına çalışırlar.
Pompeo, komitədəki bütün çıxışında kompromisə və problemləri müzakirə edərək, qarşılıqlı anlayış içində həll etməyə yönəlik mövqe nümayiş etdirib.
Suriyada siyasi həll
Hökumət xüsusilə Putinlə Tramp arasında keçiriləcək zirvə görüşü sonrası Suriyada bir siyasi həll çərçivəsi cızılmasının zamanının gələcəyini düşündüyü üçün kürdlərlə necə hərəkət ediləcəyi modelinin Türkiyə ilə razılaşma yolu ilə formalaşdırılmasına tərəfdardır.
Komitədəki senatorlar isə Türkiyə ilə razılaşma axtarışının “kürdlərin tərk edilməsi” mənasına gəlib-gəlmədiyini soruşublar. Pompeo, Fərat çayının şərqinə xas regional etnik bölgülər nəzərə alınaraq, Türkiyə ilə ortaq bəzi nizamlamalara gedilməsinin kürdlərin tərk edilməsi mənasına gəlməyəcəyini söyləyib. Senatorlar “Yaxşı, bəs nə mənaya gəlir?” deyərək, üstələdikləri zaman, Pompeo dəqiq bir plan təqdim edə bilməyib bir müddət də cavab vermək istəməyib.
Görünən odur ki, hökumət, Konqresi də qarşısına almadan, Türkiyə ilə çıxılan ortaq yol xəritəsinin bölgədəki yerli ehtiyaclara ən yaxşı cavabı verəcəyini düşünür, lakin bu son dərəcə həssas balansları ehtiva edən siyasətin tətbiq edilməsində necə hərəkət ediləcəyi, xüsusilə Konqreslə necə razılaşacağı məsələsində, hələ ki, dəqiq bir fikri yoxdur.
Ancaq bir kompromis məcburiyyətinin qəbul edilməsinin uzun zamandan bəri kilidlənmiş durumda olan Türkiyə-ABŞ münasibətlərinin yenidən canlanması mənasına gələcəyini söyləyən mütəxəssislər də vardır.
S-400 həssaslığı
Komitədə keçirilən dindirmə Senatda Türkiyənin Rusiyadan alacağı S-400 raket sisteminin və rahib Bransonun Türkiyədə həbsdə saxlanmasının yaratdığı narahatlığın hələ də davam etdiyin göstərir.
Senatorlar Pompeodan Türkiyənin Branson və S-400 raketləri “kozur”unu Suriyada güzəşt almaq üçün istifadə etməsinə izn verilib-verilməyəcəyini soruşublar.
Pompeo bunları iki fərqli problem buketi olaraq gördüklərini və onların bir-birinə qarışdırılmasını istəmədiklərini söyləyib. (strateq.az)
Digər xəbərlər
loading...