“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” səhifəsində bildirib.
“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.
Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.
Digər xəbərlər
loading...