Parol və şəkilləriniz təhlükədədir
Beynəlxalq Tədqiqatçılar Qrupu 2012-ci ildən etibarən istifadədə olan bütün “Android” smartfonlarında “RAMPage” adlı yeni boşluq aşkar ediblər.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, hakerlər yeni boşluğun köməyi ilə istifadəçinin bütün parollarını öyrənə, şəkil, elektron məktub, yazışma və ödəmə rekvizitləri kimi vacib sənədlərini yükləyə bilərlər.
Ekspertlər əmindirlər ki, yaxın vaxtlarda “RAMpage” boşluğu “iOS” sisteminin idarəetməsi altında işləyən cihaz və başqa qurğulara yayıla bilər.
Hələlik məsələyə rəsmi münasibət bildirilməyib. Boşluğun yaxın vaxtlarda aradan qaldırılması gözlənilir.
Digər xəbərlər
loading...