Meksikada bu gün prezident, parlament və bələdiyyə seçkiləri keçirilir
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, prezidentliyə əsas namizəd Andres Manuel Lopez Obrador hesab edilir. Seçicilərin əksəriyyəti hazırkı prezident Enrike Pena Nietonu əvəzləmək niyyətindədir. Buna səbəb ölkənin çətin iqtisadi vəziyyəti, korrupsiya və cinayətlərdir. Digər namizədlər Xose Antonio Meade, Rikardo Anayadır.
Meksika bu gün həmçinin 128 senator, 500 Konqres üzvü və bələdiyyə sədrlərini müəyyənləşdirəcək. Ölkədə 88 milyon seçici var.
Seçki kampaniyası başlayandan bəri 130 namizəd qətlə yetirilib. Bu səbəbdən ölkədə təhlükəsizlik tədbirləri xüsusilə günləndirilib.
Latın Amerikasının ən güclü 2-ci iqtisadiyyatı olan Meksika əhalisinin 40%-i yoxsulluqdan əziyyət çəkir. Ölkədə korrupsiya faktları, zorakılıq, sui-qəsdlər yüksək səviyyədədir.
Digər xəbərlər
loading...