Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Jüli Peyetə təbrik məktubu ünvanlayıb
Məktubda deyilir:
“Hörmətli xanım General-Qubernator,
Milli bayramınız – Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə və dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Dövlət başçısı eyni zamanda Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizanı da təbrik edib.
Dövlət başçısının məktubunda bildirib:
“Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.
Digər xəbərlər
loading...