Adolf Hitlerin ən yaxın adamı, nasist rejimində ikinci ən güclü şəxsiyyət olan Henrix Himmlerin qızı II Dünya müharibəsindən sonra Almaniya məxfi xidməti üçün casusluq edib
Teleqraf.com xəbər verir ki, faktı “Bild” qəzeti ortaya çıxarıb.
Qəzet qeyd edib ki, ötən ay Münxendə 88 yaşında vəfat edən Qurdin Burvitz müharibədən sonra Qərbi Almaniyanın xarici kəşfiyyat xidmətinə (BND) işləyib.
Xəbərdə Burvitzin 1961-1963-cü illərdə Münxen yaxınlığnda BND qərargahında işlədiyi, o dövrdə BND-ə keçmiş nasist kəşfiyyatının komandanı Reyinxard Qelenin rəhbərlik etdiyi xatırladılıb.
BND-in tarix departamentinin sabiq rəhbəri Bodo Heçelhammer Burvitzin 1963-cü ilə qədər kəşfiyyat üçün çalışdığımı etiraf edib.
Qeyd edək ki, nasizmi inkar etməyən və ömrü boyu nasizm tədbirlərinə qatılan Qurdin Burvitz II Dünya Müharibəsindən sonra subay olub və Nurunberq məhkəməsində ifadə verdikdən sonra 1946-cı ildə sərbəst buraxılıb.
Digər xəbərlər
loading...