Ermənistan parlamentinin tərkibi yenilənə bilər
Axar.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib. Qəzet hazırda parlamentdəki 3 deputatın toxunulmazlığının ləğv və həbsinin gündəmdə olduğunu bildirib. Bu şəxslər parlamentin vitse-spikeri Ermine Naqdalyan, İşxan Zakaryan və Miqran Poqosyandır.
Qeyd edək ki, adı çəkilən şəxslərdən ikisi Respublikaçılar Partiyası, biri isə Çarukyan Blokunun üzvüdür. Naqdalyan Paşinyanın əsas əleyhdarlarından sayılır.
Zakaryanla da Paşinyanın münasibətləri çoxdan normal vəziyyətdə deyil. Ermənistan mətbuatının bəzi nümayəndələri onu hətta Serj Sərkisyanın Çarukyan Blokundakı nümayəndəsi adlandırmaqdan da çəkinmirlər.
Digər xəbərlər
loading...