“Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.
İddia ərizəsində üçüncü şəxslər qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi göstərilib.
Məhkəmə iddia tələbini təmin etməyib. Qərardan narazı qalan “Bank Melli İran”ın Bakı filialı və Azərbaycan Maliyyə Nazirliyi apellyasiya şikayəti veriblər.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. (report.az)
Digər xəbərlər
loading...