Alimlər aparılan son tədqiqatlar nəticəsində insanda diabetin meydana gəlməsinin gözlənilməz səbəbini aşkarlayıb
Oxu.Az xəbər verir ki, bu haqda “Ren.Tv” məlumat yayıb.
Amerikalı alim Ziyad Əl Əlinin sözlərinə görə, hava minimal səviyyədə çirkləndikdə belə bu diabet xəstəliyinə tutulma riskini yaradır.
Tədqiqatçı dövlətlərin vətəndaşların sağlamlığını qorumaq üçün atmosferin təmizlənməsi istiqamətində ciddi addımlar atmasını vacib sayır.
Çinli tədqiqatçıların hesablamalarına görə, diabet xəstələri orta-statistik insanla müqayisədə 10 il daha erkən ölür. Təkcə ABŞ-da hər il orta hesabla şəkərli diabetdən əziyyət çəkən insanların 12 faizi dünyasını dəyişir.
Bundan əvvəl alimlər diabetin meydana gəlməsinə müxtəlif ziyanlı qidaların təsir göstərdiyi açıqlamışdı. Məsələn, tərkibində zərərli boyaq maddələri olan ərzaq məhsulları ilə qidalanan insanlar sağlam şəkildə qidalanan insanlarla müqayisədə diabet xəstəliyinə daha həssas olur.
Digər xəbərlər
loading...