Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” hərəkatı ilə atəşkəs razılaşmasının başa çatdığını bəyan edib
APA-nın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə “Tolo News” kanalı məlumat yayıb. O, kanal vasitəsilə video müraciətində hərbi əməliyyatların yenidən başlayacağını deyib.
Əfqanıstan prezidentinin sözlərinə görə, “Taliban”ın bir çox üzvləri sülh istəyir və atəşkəs müddəti göstərdi ki, bu hərəkat müharibədən usanıb: “Xalq göstərdi ki, onlar birləşməyə hazırdırlar. Hökumət istəyir ki, “Taliban” hərəkatını hərbi qruplaşmadan siyasi qruplaşmaya çevirsin və sülh prosesinin işə düşməsi üçün əlindən gələni etsin”.
Əfqanıstan prezidenti həmçinin bəyan edib ki, hakimiyyət talibançılar üçün təhlükəsizlik zonasının yaradılmasına və hər hansı ərazinin onlara verilməsinə razı olmayacaq.
Digər xəbərlər
loading...