BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Suriyanın cənub-qərbində döyüşləri dayandırmağa çağırıb
RİA Novosti xəbər verir ki, BMT-nin bəyanatında baş katibin Suriyanın cənub-qərbində hərbi hücumlardan və insan itkisinin artmasından narahat olduğu və hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığı bildirilir. Antonio Quterreş, həmçinin tərəflərə beynəlxalq humanitar qaydalara və 2017-ci ildə bağlanmış deeskalasiya sazişinə hörmətlə yanaşmaq çağırışı ilə müraciət edib.
Xatırladaq ki, bundan əvvəl BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin yaydığı məlumatda Suriyanın cənub-qərbində hərbi əməliyyatlarla bağlı iki gün ərzində ərazidən köçürülən insanların sayının 2,5 dəfə artaraq 160 min nəfərə çatdığı bildirilirdi.(virtualaz.org)
Digər xəbərlər
loading...