İki gün öncə erməni mediasında Ermənistan prezidenti Serj Sarkisyanın aprel döyüşlərində ordumuza qarşı fəqlənən döyüşçüləri təltif etməsi haqqında məlumatlar yer alıb. Sarkisyanın təltif etmə mərasimi isə onun aprel döyüşlərindən sonra Qarabağa gəldiyi müddətdə baş verib.
Leytenant, mayor, polkovnik, o cümlədən bir sıra sıravi döyüşçüləri təltif edən Sarkisyan Yurida Qabrielyan adlı qadın döyüşçünü də təltif edib. Çox təəssüf ki, qadın döyüşçünün kimliyi günlərlə müddətin keçməsinə baxmayaraq hələ də aydınlaşdırılmayıb.
Bir sıra araşdırmalar apardıqdan sonra məlum oldu ki, Yurida Qabrielyan adlı qadın Ermənistan Silahlı Qüvvələrində müqaviləli şəkildə xidmət edir. Yurida Qabrielyan baş kəşfiyyatçı –snayper kimi Qarabağda əhəmiyyətli mövqelərdə xidmət göstərib. Erməni mənbələrinə görə, Yurida aprel əməliyyatları zamanı snayper tüfəngindən açdığı atəşlərlə ordumuza məxsus canlı qüvvə, pulemyot və xüsusi mövqelərin irəlləməsinin qarşısını alıb. Ermənistan müdafiə nazirliyindən erməni mətbuatına verilən məlumata görə, Yurida bu vasitə ilə erməni qrupunun döyüş missiyasının həyata keçirilməsini təmin edib. Nəticədə, o “İgidliyə görə” medalı ilə təltif edilib.
23 yaşlı Yurida Qabrielyanın Ermənistan ordusunda xidmət keçənə qədər kəşfiyyatçı –snayper kimi harada və necə formalaşmasını araşdıraq. Nəzərə alaq ki, professional kəşfiyyatçı –snayper kimi formalaşma az bir müddət tələb etmir.
* * *
15 aprel 1906-cı ildə Misirin paytaxtı Qahirədə yaradılan “Ümumerməni Xeyriyyə Birliyi”qeyri-kommersion erməni təşkilatı kimi həqiqətən böyük bir şəbəkədir. “Ümumerməni Xeyriyyə Birliyi” erməni millətçisi Boğos Nübar və Misir-Erməni icmasının digər nümayəndələrinin təşəbbüsü ilə ermənilərin Osmanlı imperiyası tərkibində təşkilatlanmasını təmin etmək məqsədilə yaradılıb.
II Dünya müharibəsi başlanması ilə təşkilatın qərargahı New York şəhərinə köçürülüb. Artıq illik beynəlxalq büdcəsi 45 milyon $ olan təşkilat, sosial istiqamətli bütün sahələrdə erməni “mədəni irsini” təbliğ edir, humanitar proqramları çərçivəsində isə hər il 500,000 min erməninin 31 ölkə və 75 şəhərdə xidmət etməsini təmin edir.
Mədəniyyət, turizm və təhsil sahələrində müxtəlif proqramlarla çıxış edən “Ümumerməni Xeyriyyə Birliyi”nin dünyanın bir çox ölkələrində mərkəz, dərnək və ofisləri var. Bütün bunlarla yanaşı, təşkilat özünün Scout (kəşfiyyatçı-izci) şöbəsini xüsusi ustalıqla hazırlayıb. Diqqət edin şöbənin ilk dəstələri 1940-ci ildə Misir, Livan və Suriya kimi bölgələrdə yaradılıb. İllər keçdikcə təşkilatın bu şöbəsi Argentina, Ermənistan, İraq, Livan, Suriya, Uruqvay və ABŞ-da yaradılıb.
* Andranik Scout Kampı – Dilican, Ermənistan
* Kamp Hay Ler – Plovdiv, Bolqarıstan & Sofiya
* Colonie de Vacances – Haute-Savoie, Fransa
* Kessab Kampı – Kessab, Suriya
* Kamp Nubar – New York, ABŞ
* Colonia de Vacaciones – Buenos-Ayres, Argentina
* Colonia de Vacaciones – Kordoba, Argentina
* Yercanik Tajiryan– Bağdad, Iraq
* Demirdjian Center – Antilyas, Livan
* Hai Amar – Dəməşq, Syria
* Gündəlik yaz kampı – Qamışlı, Syria
* Gündəlik yaz kampı – Pasadena, ABŞ & Kaliforniya
Yuxarıda göstərilən təlim kamplarında seçilən erməni yeniyetmələr yalnız “Ümumerməni Xeyriyyə Birliyi”nə məxsus “təhsil mərkəzləri”ndə təhsil alır. Aşağıda göstərilən məktəblər erməni gənclərinin kiçik yaşlarından xüsusi biliklərə yiyələnməsini təmin edir.
* AGBU Manukyan- Demirçiyan məktəbi , Kanoqa parkı, Kaliforniya
* AGBU Ali məktəbi, Pasadena
* AGBU Alexander ibtidai məktəbi, Sidney, Avstraliya
* Manukyan məktəbi, Sousfayld, Miçiqan
* Aleks Manukyan məktəbi, Montreal, Kvebek.
* Mariya Manukyan məktəbi, Buenos-Ayres , Argentina
* Nubaryan (ibtidai məktəb) və Aleks Manukyan (orta məktəb), Montevideo Uruqvay Belə ki, il boyunca, təşkilat dünyanın müxtəlif yerlərində yerləşən “balaca kəşfiyyatçıları” hər yay Dilicanda yerləşən Andranik Scout Kampına göndərir.
* * *
Araşdırmalara görə, Yurida Qabrielyan “Ümumerməni Xeyriyyə Birliyi”nin yetirməsi olaraq Ermənistan ordusunda baş kəşfiyyatçı və snayper kimi xidmət edir. Qadın döyüşçü haqqında bütün istiqamətlərdə araşdırma apardıqdan sonra, Yurida Qabrielyanın Venessa Gabrielyan adı altında sosial şəbəkədə fəaliyyət göstərməsini aşkar etdim.
https://www.facebook.com/yourida.gabrielian Tanıtım bölməsində “AGBU Scout Yerevan adlı yerdə işləyir” yazısı bizi “Ümumerməni Xeyriyyə Birliyi–AGBU” təşkilatının Scout (kəşfiyyatçı-izci) şöbəsini araşdırmağı vadar etdi. Bununla yanaşı, digər erməni portalları da həqiqətən Yuridanın həmin təşkilatın yetişdirməsi olduğunu etiraf edir. Beləliklə beynəlxalq xeyriyyə təşkilatı kimi fəaliyyət göstərən “Ümumerməni Xeyriyyə Birliyi” təşkilatı əslində ümumən erməni cəmiyyəti üçün potensial döyüşçülər hazırlayır. Təşkilatın Livan, Suriya və İraq şöbələrinə nəzər saldıqda ermənilərin Qarabağa Yaxın Şərqdən professional döyüşçülərin çatdırılması məsələsini nə qədər genişləndirməsi daha yaxşı anlayarıq. Təşkilat hazırda Yurida kimi erməni qadın döyüşçülərini Qarabağa göndərməyə davam edir.
Belə ki, aprel döyüşlərindən qısa bir müddət sonra 19 qadın snayperin Ermənistanın Ağdərə, Füzuli, Cəbrayıl və Hadrut rayonlarındakı postlarda yerləşdirilməsi haqqında məlumatlar verildi. Qadın snayperlərin Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci, Nubaraşendəki 545-ci və İcevandakı 246-cı motoatıcı alayların hərbi qulluqçuları olması və əksəriyyətinin Britaniyanın “Accuracy International” şirkətinin istehsalı olan “L96A1 Tross / Arctic Warfare” snayper tüfəngiləri ilə təmin olunması göstərilirdi.
Araşdırmalara görə, Cənubi Amerikadan göndərilən erməni qadın snayperləri Qarabağda xüsusi qəddarlıq nümayiş etdirib. Məsələn, “Berd xəbərləri” qəzetinin (Kanada) hərbi müxbiri istefada olan mayor Suren Vartanyan yazdığı xəbərdə qeyd edilir: “...Berddəki 01261 saylı hərbi qrup artıq hazır idi ki, Dağlıq Qarabağa yola düşsün. Bu azadlıq mücahidlərinə (?) Argentinadan gələn qızlar da qoşulmuşdu. Bu snayperçi qızların hamısı muzdla tutulmuşdu. Onlar hara gəldiklərini, nə üçün vuruşduqlarını anlamırdılar. Onlar din uğrunda, kilsələrin azadlığı uğrunda vuruşmaq üçün gəlmişdilər. Bu qızların maliyyə xərcləri Kanadada öz işini quran “Erməni Mərkəzi”nə aid idi (?). Onlar yaxşı vuruşurdular. Mən onların Əsgəranda, Meşəli ərazisindəki döyüşlərinin şahidi oldum. Mən bütün bunlar haqqında əlavə olaraq Axalkalakidəki “Ermənilərin birlik konfransı”nda məlumat verdim...” (Rövşən Vəlizadə Genocid-Ecocid ... “Gürcüstan. Cavaxeti xəbərləri qəzeti. S.Vartanyan. 1991-ci il, 16 oktyabr”).
Bu baxımdan, yuxarıda göstərilən kamp və “təhsil mərkəzləri”nə barmaqarası baxmaq doğru olmazdı. Avstraliyadan tutmuş Cənubi Amerikaya qədər uzanan şəbəkəni lazimi şəkildə dəyərləndirməli və beyəlxalq miqyasda onun qeyri-leqal fəaliyyətlərini aşkar etməliyik. (Modern.az)
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...