Fransa və Almaniyanın liderliyi ilə Avropa İttifaqının 9 ölkəsi müdafiə üçün çevik reaksiya məqsədilə öz hərbi birləşmələrini yaratmaq təşəbbüsü ilə çıxış edib
APA-nın xəbərinə görə, bu barədə “Focus-online” nəşri məlumat yayıb.
Bu təşəbbüs iyulun 11-də Brüsseldə keçiriləcək NATO-nun sammitindən öncəyə təsadüf edir.
Nəşr yazır ki, Berlin və Paris bu təşəbbüslə ABŞ prezidenti Donald Trampa qətiyyətlə cavab vermək qərarına gəlib.
Çünki bu ölkələr artıq D. Trampa güvənmir. Bu təşəbbüsdə məqsəd Avropa İttifaqı ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargahları arasında daha sıx əməkdaşlığa nail olmaq və böhranlı situasiyalarda operativ reaksiya verməkdir.
“Focus-online” yazır ki, Avropa İttifaqından çıxan və indiyə qədər NATO çərçivəsindən kənarda təhlükəsizliklə bağlı avrointeqrasiyaya qarşı olan Böyük Britaniya da bu hərbi təşəbbüsdə iştirak edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...