ESET şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq üsulu qeydə alıb
Lent.az-ın Astera.ru saytına istinadən məlumatına görə, bu dəfə hakerlər cihazı virusla yoluxdurmur, istifadəçinin etimadından istifadə edərək onları ödənişli xidmətlərə abunə edirlər.
Bu ödənişli xidmət istifadəçilərə aylıq olaraq 49,99 dollara başa gəlir. Belə ki, messencerdə istifadəçilərə tanınmış brendlərin məhsulları haqqında məlumat göndərilir və hədiyyənin əldə edilməsi üçün həmin keçidə keçməyi təklif edilir. Bu baş verən zaman isə sayt avtomatik olaraq cihazı müəyyən edir və əgər bu keçid smartfondan baş verirsə, istifadəçi səhifəyə keçir, bu zaman istifadəçinin olduğu ölkənin səhifəsinə keçid baş tutur.
Kompüterdən keçidə keçdikdə, səhifə bloklanır. Saytda istifadəçiyə anket doldurmaq təklif edilir, keçidi dostlarla bölüşmək və pulsuz hədiyyəni almaq üçün 1 dollar ödəmək xahiş edilir. Bununla da qurban kartının rekvizitlərini verir və ödənişli xidmətin demo-versiyasına abunə olur.
Bir həftədən sonra istifadəçinin kartından xəbərdarlıq olmadan 49,99 dollar silinir. Ancaq bu pullar tam versiyanın istifadəsi üçün silinir. ESET mütəxəssisləri belə bir fırıldaqçılıq üsullarını Norveç, İsveç, Pakistan, Nigeriya, Keniya, Makao, ABŞ, Hollandiya, Belçika və Hindistanda qeydə alıblar. Başqa ölkələrdə belə aldatma növü hələlik işləmir.
Digər xəbərlər
loading...