19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı keçiriləcək
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz iyulun 5-də Bakıda bir araya gələcək.
İyulun 27-dək baş tutacaq toplanışa baş məşqçi Vüqar Məmməd 24 futbolçu çağırıb. U-19 hazırlıq müddətində 5 yoxlama oyunu keçirəcək. Komanda iyulun 15-də “Keşlə”nin, 18-də və 21-də “Qəbələ”nin əvəzediciləri ilə, 24-də MOİK-lə, 27-də isə “Şüvəlan”la üz-üzə gələcək. Oyunların hamısı 18:00-da başlayacaq.
U-19-a dəvət edilən futbolçular: Nicat Möhbəliyev, Ayxan Arazlı, İbrahim Hüseynov, Rauf Hüseynli, Bəşir Ayralov, Turan Vəlizadə, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Əmrah Zülfüqarlı, Vüsal Məsimov, İdris İnqilablı, Rüstəm Nuriyev, Şakir Seyidov, Kamran Quliyev (hamısı “Qəbələ”), Nail Alışov, Seymur Əliyev, Elcan Hafizli (hamısı “Neftçi”), Zahid Mərdanov, Elçin Mustafayev, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Hüseyin Əhmədov (“FK Qelios”, Xarkov, Ukrayna).
Digər xəbərlər
loading...