“Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil”
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, bu, ilk növbədə İrana qarşı sanksiyalara aiddir. Nazirin sözlərinə görə, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır: “ABŞ-ın İrana sanksiya tətbiq etmə qərarı bütün regiona, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək”.
O həmçinin əlavə edib ki, İran Türkiyənin iqtisadi və strateji tərəfdaşıdır.
Digər xəbərlər
loading...