Parlamentdə “Məhkəmələr və hakimlər haqqında” Qanun layihəsinin müzakəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev BMT-nin Baş Məclisi tərəfindən əsas prinsiplərin müəyyən olunduğuna diqqət çəkib
“Bizdə hər 5 ildən bir hakimlərin fəaliyyətinin qiymətləndirməsindən söhbət gedir. İndi isə onlara ikinci dəfə şans verilməsi layihədə əksini tapıb. 5 ildən bir qiymətləndirmənin keçirilməsi hakimlərin asılı saxlanılması deməkdir. Əgər hakimlərdən şikayət olunursa, o şikayət araşdırılmalıdır və onun fəaliyyətinə qiymət verilməli, məsuliyyətə cəlb oluna bilər”.
Q.Həsənquliyev hakimlik fəaliyyəti üçün son yaş həddinin 68 yaş götürülməsini də düzgün saymadı: “Bu yaş həddindən artıq azdır. Bu yaş həddi ya 75-ə qaldırılmalı, ya da onlar ömürlük təyin olunmalıdır”.
ABŞ-da hakimin 81 yaşında istefa verdiyini xatırladan deputat məhdudiyyətin götürülməsini təklif etdi: “İnsanlar işləyə bilməyəndə onsuz da ərizə yazıb işdən gedəcəklər. Üstəlik, hakimlərin sayının az olması da problemdir. Hakimlər maddi baxımdan asılı olmamalıdır, onlara yüksək məbləğdə əmək haqqı verilməlidir”.
O.Əsədov “Sən inanırsanmı ki, kimsə özü istefa verər?” deyə, reaksiya verdi. (musavat.com)
Digər xəbərlər
loading...