"Son zamanlar ölkəyə çox sayda turistlər gəlir. Ona görə də ölkənin turistik zonalarında Turizm Agentliyi ilə birlikdə qida təhlükəsizliyi üzrə dövlət nəzarəti həyata keçiriləcək"
Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, mövsümi xarakter daşıyan istirahət zonalarında insanlar kütləvi şəkildə qidalanırlar: "Gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq".
pia.az
Digər xəbərlər
loading...