Milli Məclisin iclasında ölkəyə gələn əcnəbilərin nalayiq davranışla əlaqədar ölkədən deportasiya edilməsi təklif olunub
APA-nın məlumatına görə, bu təkliflə deputat Elmira Axundova çıxış edib.
E. Axundova bildirib ki, son vaxtlar ölkəyə gələn bir sıra əcnəbilərin milli dəyərlərə zidd hərəkətləri, əsasən də yerli xanımlara qarşı davranışları ciddi narahatlıq doğurur: “Ona görə də, yaxşı olardı ki, biz bu davranışa görə ilk halda cərimə tətbiq ediriksə, təkrar olunduğu halda, həmin əcnəbini ölkə hüdudlarından kənara çıxaraq. Düşünürəm ki, bu, müvafiq problemin aradan qalxmasına yardım edəcək”.
Digər xəbərlər
loading...