“Ədliyyə Nazirliyində 2000-ci ilə qədər qeydiyyatdan keçən dini icma var ki, hüquqi ünvanları şəxsi ev, yaxud qarajdır. Ancaq qanunvericiliyə dəyişiklik ediləndən və dini icmalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçəndən sonra belə hallara yol verilməyib”
APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda keçirilən respublika müşavirəsində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
G. İsmayılov deyib ki, bu gün həmin dini icmaların dövlət qeydiyyatının ləğvi də müəyyən problem yaradır: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu problemin mövcudluğunu etiraf edir. Belə dini icmaların qeydiyyatını Dövlət Komitəsi ləğv edə bilməz, bunun üçün Dövlət Komitəsi məhkəməyə müraciət etməlidir. Yaxud qeydiyyatdan keçmiş dini icmalar, dini icmaların sədrləri var ki, artıq illərdir, fəaliyyət göstərmir. Görürsən ki, dini icmanın sədri ölkədə deyil, yaxud ölkədə elmi və digər fəaliyyətlə məşğuldur. Həmin məsciddə başqa bir dini icmanın qeydiyyatı da problemə çevrilir, köhnə dini icmanın sədri hüquqi prosedurlarda iştirakdan imtina edir. Bu halda da yeganə çıxış yolu məhkəmədir”.
G. İsmayılov belə dini icmaların ləğvi sahəsində Dövlət Komitəsinə səlahiyyət verilərsə, bundan məmnun olacaqlarını bildirib.
Digər xəbərlər
loading...