Və yaxud “Pambıq zəhərlənmələri”nin sirr pərdəsi
Cari ayın ikinci ongünlüyündə məmləkət “pambıq zəhərlənmələri” xəbərləri ilə çalxanmağa başladı. Ölkənin müxtəlif pambıqçılıq rayonlarından zəhərlənmə xəbərləri dalbadal gəlməyə başladı. Davamlı zəhərlənmə hallarının baş verməsində bir çox maraqlı və sirrli nüanslar var.
Onlardan birincisi ilk zəhərlənmə hadisəsi Saatlıda baş verəndən sonra ölkə prezidentinin bu zəhərlənəmə hadisəsini nəzarəti altına alıması barədə xəbər yayıldı. Bu xəbər yayıldıqdan bir həftə sonra isə zəhərlənmə hadisələri intensiv xarakter aldı və demək olar ki, müxtəlif raronlardan dalbadal kütləvi zəhərlənmə hadisələri ilə bağlı xəbərlər yayılmağa başladı.
Hadisələrin miqyası baş vermiş zəhərlənmə faktları ilə bağlı cinayət işlərinin açılmasına və yerlərdə həbslərin aparılmasına qədər böyüdü. və media ənənəvi olaraq istintaq başa çatmamış "cinayətkarı" nişan verməyə başladı. Bəzi xəbər saytları isə hətta bir qədər qabağa gedərək günahkarı “müəyyən etdi”.
İlk öncə ondan başlayaq baş vermiş hadisənin özü təəccüb doğururdu. On illər boyu pambıq əkib becərən insanlar ilk dəfəydi ki, kütləvi zəhərlənmələrə məruz qalırdı və bu hadisə həm də lokal deyil, kütləvi və intensiv xarakter alırdı. Halbuki zəhərlənmə hadisəsinin ilk olaraq Saaatlıda baş verməsini normal qəbul etmək mümkün idi. Amma prezidentin Saatlıdakı hadisəni öz nəzarətinə götürməsindən sonra zəhərlənənlərin kütləviləşməsi və intensiləşməsi məsələni normalıqdan çıxardı. Qeyd edək ki, on illər boyu eyni yerdə eyni iş eyni vasitələrlə görülsə də, bircə dənə də olsun sözügedən kütləvi zəhərlənmə faktı qeydə alınmamışdı. Və bu "zəhərlənmələrin" ən maraqlı tərəfi də elə bu idi. Zəhərlənmələr hər gün intensivləşməsi....
Diqqətlə baxılırsa bu intensivləşmənin arxasında isə sirrli bir barmaq da görmək də olar. Hər şeydın əvvəl zəhərlənən insanların müsahibələrinə baxaq. Zərəçəkmişlərin demək olar ki, hamısı eyni cür danışır. Deyirlər ki, zəhər küləklə gəlir və qısa müddətdən sonra onlar huşlarını itirib yıxılırlar. Pambıqçılıqda çalışanlar yaxşı bilirlər ki, pambıq ziyanvericilərinə qarşı istifadə olunan zəhərlər heç də uçucu deyil və küləklə yayılmır. Belə olsaydı, doğrudan da pambıqçılıqda ziyanvericilərə qarşı işlədilən preparatların təsirinin (zəhərlərin) ətraf ərazilərə və kəndlərə yayılmasının qarşısını almaq olmazdı və həqiqətən o halda hər il zəhərlənmələrdən kütləvi ölüm hadisələri baş verərdi. O üzdən də zərərçəkmişlərin zəhərin küləklə gəlməsi haqqında ifadələri diqqətə alınmalı və istintaq orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çünki zəhərin küləklə yayılması barədə iddialar çox ciddidir və bu iddia hər şeydən əvvəl təxribatdan xəbər verir. Həmçinin cinayət məsuliyyətindən...
Maraqlı və sirrli nüanslardan biri də odur ki, zəhərlənən insanların qan analizi barədə ekspertiza nəticələri susur. Ən azından analiz apararaq zəhərlənmələrin hansı toksin maddələrdən ibarət olduğunu aydınlaşdırılması üçün elə də böyük vaxta ehtiyac yoxdur. Düşünürük ki, qan analizinin dəqiq aparılması əslində hər şeyin üstündən sirr pərdəsini qaldıra bilər. Və onu da qeyd edək ki, uçucu kimyəvi maddələrlə zəhərlənmə faktları doğrudan məsələyə ciddi yanaşma tələb edir.
Əslində istintaq bir çox suallara cavab tapmalıdır. Onu da qeyd edək ki, “pambıq zəhərlənmələri” işində havadan asılı qalan çoxlu suallar var. Bu işlə bağlı həyata keçirilən həbslərlə bağlı isə onu demək olar ki, həbs olunan 5 nəfərə gəlincə, onların zəhərlənmə faktlarına görə məsul olmaları heç də inandırıcı görünmür. Hətta həmin şəxslər uzaqdan belə "qurbanlıq keçi" kimi görünürlər.
Qeyd edək ki, PİA.AZ olaraq biz hadisələrin ilk başlanğıcında irəli sürdüyümüz ehtimal da bu olmuşdu ki, hadisə təxribat-sabotaj xarakterlidir və yeni kənd təsərrüfat nazirinin əleyhinə qurulub. Bizim ilkin ehtimallarımızdan biri bu idi ki, təxribat ASAN Xidmətdə özünü fəaliyyəti ilə təsdiq etdirən təmiz və işgüzar dövlət adamı imici qazana bilmiş İnam Kərimovun Kənd Təsərrüfat Nazirilyindəki “təmizləmələrinə” əks-reaksiya, “köhnə qurdlar”ın müqavimətidir. Lakin maraqlıdır ki, İnam müəllimi təbliğ və müdafiə edən bəlli şəxslərə məxsus media kanalları bu ehtimalın üstündə dayanmadılar. Həmin media kanalları vasitəsilə belə bir rəy formalaşdırılmağa çalışılırdı ki, əsas günahkar və əsl təxribatçı ölkədə pambıq istehsalına birbaşa məsul olan şirkətlər və şəxslərdir. Bəs kim idi bu şirkətlər və şəxslər?
Bu suala cavab vermək üçün 2016-cı ilin sentyabrında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş pambıqçılıq müşavirəsini xatırlamaq lazımdır. Həmin il artıq neft bumu başa çatmış, iqtisadiyyatın şaxələndirilməsi, ölkədə yeni sahibkarlıq sahələrinin inkişaf etdirilməsi məsələsi aktuallaşmışdı. Dövlət başçısı pambıqçılığı prioritet sahələrdən biri elan etmişdi.
Cari mövsümdə də pambıq sahələrinin əhəmiyyətli hissəsində bu yükün altına “Gilan” şirkəti girmişdi. Və açıq deyək ki, pambıqçılıq sahəsində yerində sayanlar “Gilan” şirkətinin uğur qazabacağına və ölkə prezidentinin etimadını yüksəldəcəyinə çox az adam şübhə edirdi. Normalda hər şey qaydasında idi. Əvvəlki illərdə olduğu kimi sahələrə eyni aqrotexniki qulluq göstərilir, eyni preparatlardan istifadə olunurdu. Aqrotexniki dərman vasitələrini ölkəyə gətirənlər də, onun fermerlərə tövsiyə edənlər də, maarifləndirmə işini aparanlar da əvvəlki illərdə olduğu kimi eyni adamlar idi. Dərman da eyni dərmandır. Bəs necə olur ki, əvvəlki illərdə bir nəfərin belə zəhərlənməsi qeydə alınmır, bu il isə zəhərlənmələr kütləvi xarakter alır?
Və yuxarıda da qeyd elədiyimiz kimi, əsasən özəl sektorda çalışan pambıqçıların zəhərlənmə faktları intensiv xarakter alır. Və çox qəribədir ki, zəhərlənmə hadisələri əsasn “Gilan” şirkətinin sahələrində baş verir...
Demək ki, işin iiçində iş var. Başqa sözlə desək, işin içinə başqa əl uzanıb. Təbii ki, bu suala hüquq-mühafizə orqanlarının araşdırması daha düzgün cavab verə bilər. Lakin bu sualın cavabının “TƏXRİVAT” və “SABOTAJ” olması ehtimalı çox yüksəkdir.
Qeyd edək ki, bəzi hadisə şahidləri artıq zəhərlənmə faktlarının sadəcə, imitasiya olması barədə iddia da irəlü sürməyə başlayıblar. Bu iddialara inansaq, kimlərsə insanlara pul verərək onları xəstəxanada yerləşdirib və bu yolla da zəhərlənmələrin intensivliyini təmin ediblər...
Bütün bu havadan asılı qalmış sualların və hələlik əsasız görünən iddiaların cavabını təbii ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanılan araşdlrma cavab tapmalıdır.
Digər xəbərlər
loading...