Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub
“Report”in Şimal-qərb bürosu xəbər verir ki, mikroavtobusun sürücüsü, Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 78-ci kilometrliyində baş verib.
Faktla bağlı araşdırmalara başlanılb.
***
Qax. 29 iyun. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol qəzasında mikroavtobusun sürücüsü ölüb.
“Report”un məlumatına görə, hadisə zamanı 1 nəfər azyaşlı və 1 nəfər qadın olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti ağırdır: “Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərildikdən sonra Bakıdakı özəl klinikalardan birinə göndərilməsi planlaşdırılıb”.
* * *
Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.
“Report”un Şimal-qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ”la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.
Digər xəbərlər
loading...