ABŞ Dövlət Departamenti növbəti dəfə öz vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Qeyd edək ki, ABŞ vətəndaşlarına xəbərdarlıq bundan əvvəl də, yanvarın 10-da edilmişdi. Lakin budəfəki xəbərdarlıqda yeni səbəblər yer alıb: “Terror və qanunsuz saxlanılmalar təhlükəsi olduğundan Türkiyəyə səfər etməməyi tövsiyə edirik”.
Dövlət Departamenti ABŞ vətəndaşlarına, xüsusən, Türkiyə-Suriya sərhədinə və ölkənin 15 cənub-şərq əyalətlərinə səfər etməməyi məsləhət görüb.
Tövsiyəyə baxmayaraq Türkiyəyə səfər edənlərə əcnəbilərin daha çox olduğu yerlərdən, aksiyalar keçirilən ərazilərdən uzaq olmağa, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu otellərə üstünlük verməyə çağırılıb.
Digər xəbərlər
loading...