Təranə Qumral ilə Nazənin arasındakı qalmaqal yeni mərhələyə qədəm qoyub
Axşam.az Ölkə.Az-a istinadən xəbər verir ki, Nazənin son müsahibəsində Təranə barədə verdiyi açıqlamada ikinci tərəfin onu ölümlə hədələdiyini iddia edib. Daha sonra ifaçı bildirib ki, Qumral onu nömrəsiz maşınlarla təqib edir, tanımadığı nömrələrdən zəng vuraraq qorxudur.
Təranə Qumral isə açıqlamasın bunları konkret olaraq şər-böhtan adlandırıb:
"Bu cür yazıları yazdırmaqla məni xalqa cani kimi təqdim etdirmək istəyirlər. Onlar bunu məqsədli şəkildə edirlər. Onların vəkili həm də media ilə işləyir və onlara bu cür xəbərlər ötürür. Onların məqsədi mənim məhkəmədə olan işimi bir az da ağırlaşdırmaqdır. Çünki qarşı tərəf həmişə pulunun çoxluğunu deyərək, yüksək təbəqələrdə olan adamlarının adlarını vurğulayaraq məni qorxutmaq istəyir. Onlar dəfələrlə pul basıb məni həbs etdirəcəkləri ilə bağlı hədə-qorxu gəlib. Bizim dövlətimiz çox humanistdir. Bundan qəzəblənərək mənə digər yollarla basqı edirlər. Nazənin deyir ki, məni nömrəsiz maşınlar izləyir. Axı, bu, absurd fikrdir. Bir işıqfordan digərinə nömrəsiz avtomobillə hərəkət etmək qeyri-mümkündür. Çünki hər yerdə kamera var. Əgər belə bir şey varsa, şikayət etsinlər. Qanun qarşısında da həmin adamlar cavab versin. Bəlkə var elə adamlar. Nazəninin başqa düşmənləri ola bilər, amma məndən şübhələnə bilər. Bu cür qanunların olduğu ölkədə bu dedikləri şeylər boşdur. Bu sözləri ilə qanunların olmadığını bildirirlər. Bilmirəm bunlar nə demək istəyir. Kiminsə arxası ilə maşın salmaq, zəng elətdirmək mənlik deyil. Onların əlindən belə şeylər çox gözəl gəlir".
MilliYol.Az
Digər xəbərlər
loading...