Sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlərlə bağlı yeni məlumat açıqlanıb
Eks-nazirin əvvəlcədən xəbər verildiyi kimi Amerikaya deyil, Türkiyəyə aparıldığı bildirilir. Onun hazırda Türkiyədəki American Hastanesinə yerləşdirildiyi qeyd olunur.
Belə ki, sabiq nazirə yaxın mənbələrdən verilən məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.
Hazırda sabiq nazir American Hastahanesinin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır. Əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun səhhəti ilə bağlı məsələlər ölkə Prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətindədir.
Daha əvvəl F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçer onun Amerikaya aparıldığını söyləmişdi. Görünür eks-nazir səhhəti ilə bağlı bu dəfə Süleyman Dinçerə müraciət etməməklə onu məlumatsızlıq şəraitində saxlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...