«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəstəklədiyi immiqrasiya haqqında qanun layihəsi Konqresin nümayəndələr palatasında lazımi sayda səs toplaya bilməyib
Çərşənbə günü palatada Respublikaçılar Paprtiyasının hazırladığı «İmmiqrasiya islahatı və sərhədlərin təhlükəsizliyi» adlandırılan qanun layihəsi səsverməyə çıxarılıb. Sənəd demokratların sərt etiraz reaksiyası ilə qarşılanıb.Üstəlik, Respublikaçılar Partiyasının bəzi nümayəndələri də onun əleyhinə çıxıb.
Qanun layihəsinin əleyhinə 301 deputat, lehinə isə cəmi 121 deputat səs verib.
Səsverməyə bir neçə saat qalmış Tramp qanunvericiləri sözügedən qanun layihəsini təsdiqləməyə çağırıb. Prezident etiraf edib ki, onun təşəbbüsü böyük ehtimalla, Senatın təsdiqindən keçməyəcək. Bununla belə, o, bəyan edib ki, qanun layihəsinin təsdiqi bizim möhkəm sərhədlər və təhlukəsizlik istədiyimizi, amma «demokratlar açıq sərhədlər istəyirlər ki, bu da cinayətə bərabərdir».
Hələ ötən həftə prezident respublikaçıları immiqrasiya haqqında qanun layihəsinə baxılmasını noyabr ayına qədər təxirə salmağa çağırmışdı.
Respublikaçılar çoxluğu iyunun 21-də nümayəndələr palatasına birdəfəyə 2 qanun layihəsi təklif edib. Onlardan biri səsvermə zamanı dərhal iflasa uğrayıb. İkincisi isə lazımi sayda səs çatmadığından, təxirə salınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...