Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər
Departamentdən verilən xəbərə görə, reyd zamanı Goranboy rayonunun Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanaraq yandırıldığı, ətrafa tüstü və iy-qoxunun yayıldığı aşkarlanıb. Araşdırma nəticəsində tullantıları Goranboy rayon sakini Baris Mövlayevin yandırdığı müəyyənləşib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimələnib.
Digər xəbərlər
loading...