Sosial şəbəkələrdə "Şamaxinka" adlanan ərazidə bir kişinin can verməsi və yaxınlıqdakı klinikanın əməkdaşlarının ona yardım göstərməməsi barədə iddialar yayılıb. Yayılan videogörüntü "Yeni Med" klinikasının qarşısında çəkilib. İddia olunur ki, vətəndaşlar dəfələrlə klinikanın əməkdaşlarına yardım üçün müraciət etsələr də, klinikada kişiyə yardım etməyə həkim tapılmayıb
MilliYol.Az realtv.az-a istinadən bildirir ki, vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxaünasına aparıblar. Ancaq kişi yolda keçinib.
"Yeni Med" klinikasının baş həkimi Arzu Quliyeva iddialarla bağlı açıqlama verib. Baş həkimin sözlərinə görə, kişi klinikanın qarşısından keçərkən yerə yıxılıb. Dərhal klinikanın əməkdaşları ona yaxınlaşıblar. Məlum olub ki, kişi dünyasını dəyişib: "Küçədə dünyasını dəyişmiş adamı oradan götürmək hüququmuz yoxdur. Biz kişinin telefonunda sonuncu dəfə zəng edilmiş nömrəni tapdıq və zəng vurduq. Həyat yoldaşının nömrəsi imiş. Ona hadisə barədə məlumat verdik və bir qədər sonra hadisə yerinə gəldi".
Baş həkim Arzu Quliyevanın sözlərinə görə, hadisə barədə təcili tibbi yardıma da məlumat verilib. Lakin Bakı-Sumqayıt yolunda aparılan təmir işləri nəticəsində ərazidə böyük tıxaclar yarandığından, təcili yardım avtomobili ora gec çatıb.
Baş həkim deyib ki, kişi hadisə yerində dünyasını dərhal dəyişib. Onun kəskin ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur.
Digər xəbərlər
loading...