ABŞ prezidenti Donald Tramp deyib ki, onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü ola bilsin ki, Helsinkidə olacaq
Bu barədə iyunun 27-də Reuters agentliyi məlumat yatyıb. Prezident qeyd edib ki, görüş iyulun 11-12-də NATO-nun Brüssel sammitindən sonra baş tutacaq.
Donald Trampın sözlərinə görə görüşdə Suriya müharibəsi və Ukraynanın şərqindəki hərbi münaişə müzakirə olunacaq. Görüşün Finlandiyanın paytaxtı Helsinkidə geçiriləcəyi barədə digər kütləvi informasiya vasitələri də məlumat yayıblar. Bu gün-iyunun 28-də rəsmi şəkildə görüşün yeri və vaxtı elan edilməlidir.
Donald Trampla Vladimir Putin iki dəfə beynəlxalq sammit çərçivəsində görüşüblər, azı 8 dəfə isə aralarında telefon söhbəti olub. Sonuncu görüş ötən ilin noyabrında Vyetnamda keçirilən Asiya Sakit Okean sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki hərbi münaqişədən sonra iki ölkə arasındakı münasibətlər pisləşib. ABŞ və Qərb ölkələri Rusiyanı Krımın ilhaqı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırırlar.
Moskva ittihamları rədd edir. Bu münaqişələrə görə Qərb Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Digər xəbərlər
loading...