Ötən il yerli mediada milliyətcə erməni biznesmenin Azərbaycanda iş quracağl barədə xəbərlər yayıldı
Məlumatda bildirilirdi ki, Tiqran Xudaverdiyanın “Yandeks.Taksi” şirkətinin ölkəmizdə nümayəndəliyi yaradılır. Ardınca 2017-ci ilin iyul ayında “Yandeks” və “Uber” şirkətlərinin Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn taksi sifarişi üzrə xidmətlər və biznesin birləşdirilməsi barədə sazişin imzalandığı deyildi. Bu barədə qonşu ölkənin nüfuzlu mediası məlumat dərc etdi.Minval.info-ya daxil olan bilgiyə görə, artıq bir həftədir ki, sözügedən şirkətlər Azərbaycanda birgə fəaliyyət göstərir. “Uber”də çalışan taksi sürücüləri “Yandeks” üçün işləməyə başlayıb. Onlar isə Tiqran Xudaverdiyanın rəhbərlik etdiyi şirkətdə çalışmaqdan məmnun deyillər.
Bununla Azərbaycan bazarına daxil olan erməni əsilli sahibkar ölkəmizdən gəlir əldə edir. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev məsələ ilə bağlı minval.infoya açıqlama verib.
Əvvəla onu bildirim ki, bu məsələ ilə bağlı hələ ilin əvvəlində biz öz mövqeyimizi açıqlamışdıq. İndi bir daha həmin mövqeyimizdə qaldığımızı bildirmək istərdim. Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır”.
Mais bəy bir daha qeyd edib ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır:” “Uber” və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır. Agentlik yalnız həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir”.
Qurum sözçüsü həmçinin bildirib ki, insanlarımız bir qədər məsələyə həssas və ya vətəndaşlıq mövqeyindən yanaşmalıdır: “Əgər bir şirkət hansı ki, onun erməni əsilli kiminləsə əlaqəsi varsa onun göstərmiş olduğu mal və xidmətlərdən imtina etməlidir. Biz sürücülərə tövsiyyə edirik ki, “Uber”lə əməkdaşlıq etməsinlər. Təbii ki, əgər iddia edilən fakt doğrudursa”.(azpolitika.info)
Digər xəbərlər
loading...