Ərdoğana qarşı düşmənçilik CHP-ni ABŞ və PKK-nın yanına itələyib
Axar.az xəbər verir ki, bunu “BBC Türk”ə müsahibəsində Vətən Partiyasının lideri Doğu Perinçek deyib.
“CHP bizi rədd etdi. Səbəbi bizim HDP-ni qəbul etməməyimiz idi. Onlar bizim yerimizə HDP ilə yaxın olmağı seçdilər. İYİ Partiyası da HDP ilə ittifaqın içində idi. Onlar bunu CHP-nin üzərindən həyata keçirirdilər. Maral Akşənər deyirdi ki, HDP kürd siyasi hərəkatının partiyasıdır. Bir millətçi bunu deyərmi?
Siz "Tayyib Ərdoğana qarşı hər kəslə birləşərəm" dediyiniz an ABŞ layihəsinə daxil olursunuz və HDP ilə müttəfiq sayılırsınız. Onlar ABŞ və İsraillə birləşən strategiya, biz isə ABŞ və İsrailə qarşı hər kəslə birləşən strategiya qururuq.
MHP niyə bölündü? Səbəb Amerikaya qarşı dirənməsi idi. MHP-ni bölüb, bir qismini CHP-nin yanına yerləşdirdilər. Biz onlara CHP-İYİ-Vətən Partiyası ittifaqını qurmaq təklifini vermişdik. Bu layihə həqiqətən iqitidar olacaqdı”, – deyə o bildirib.
Digər xəbərlər
loading...