Sumqayıtda törədilən qətlin üstü açılıb
Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində dənizdən üzərində xəsarəti olan kişi meyiti aşkarlanıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərov olduğuı müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, is üzrə müvafiq ekspertizalar təyin edilib.
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun oğlu İsmayıl İsgəndərov şübhəli şəxs qismində tutulub.
Digər xəbərlər
loading...