Bir müddət bundan öncə Respublikaçı Alternativ Partiyasının (REAL) bir neçə üzvləri həbs edilmişdi. Belə ki, mayın 28-də partiya və bir qrup ictimaiyyət nümayəndəsi ilə birgə keçirilmiş Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak etmiş REAL üzvlərinə sutkalıq həbslər verilmişdi
REAL üzvləri Azər Qasımlı 30, Elmin Həmzə 25, Nəriman İsmayıl 30, Ərəstun Baxşəliyev 30 sutka müddətinə azadlıqdan məhrum edilmişdilər. Həbsin əsas səbəbi adları çəkilən şəxslərin 28 May yürüşünün təşkilində və keçirilməsində fəal iştirakçılığıdır.
REAL-çıların aqibəti necə oldu? Həbsdən çıxanlar varmı?
REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlamasında bildirib ki, sabah həbsdə olan bütün üzvlər azadlıqda olacaq:
“5 gün bundan öncə Elmin Həmzə həbsdən çıxdı. Ona 25 sutka verilmişdi. Bu gün səhər tezdən Azər Qasımlını buraxıblar, artıq evdədir. Bu gün axşam və sabah digər 3 nəfər də həbsdən çıxacaqlar. Yəni sabah artıq sutkalıq həbs alan REAL-çıların hamısı azadlıqda olacaqlar”.
Digər xəbərlər
loading...