2018-ci ilin əvvəlindən dünyanın 26 ölkəsində 26 minə yaxın şəxs vəba xəstəliyinə yoluxub
Trend-in məlumatına görə, xəstəlik əsasən Afrika ölkələrində geniş yayılıb.
Belə ki, Konqo Demokratik Respublikasında 11,1 min, Nigeriyada 5 mindən çox, Somalidə 1,6 min, Keniyada 1,1 min vəbaya yoluxma halı qeydə alınıb.
Hazırda Nigeriyanın iki ştatında epidemiyanın davam etdiyi deyilir. Adamava və Borno ştatlarında 2 mindən çox yoluxma halı qeydə alınıb. Epidemiloji vəziyyət təmiz suyun çatışmazlığı ilə əlaqədar pisləşməkdə davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...