Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bu ilin sentyabrında Azərbaycana səfər edəcək
Bu barədə “Report”un Qərbi Avropa bürosuna açıqlamasında həmməruzəçinin özü məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, S.Şennakla birlikdə Azərbaycana səfəri nəzərdə tutulan AŞPA-nın digər həmməruzəçisinin qurumun hazırda Strasburqda keçirilən yay sessiyasında seçiləcəyi gözlənilir.
Xatırladaq ki, AŞPA Sezar Florin Predanı qurumun Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən kənarlaşdırıb. Onu əvəzləyəcək yeni həmməruzəçinin isə Avropa Şurası Komitəsinin mayın 29-da Parisdə keçiriləcək qapalı iclasında seçilməsi planlaşdırılırdı. Seçkilərin təxirə salınmasına səbəb bu vəzifəyə hələlik hansısa bir namizədin müəyyənləşməməsi olub.
Digər xəbərlər
loading...