Azərbaycanda xarici şirkətlərdən birinin nümayəndəliyi uşaq baxçalarında kameraların quraşdırılması və görüntünün birbaşa valideynin smartfonuna ötürülməsi layihəsini təklif edir. Belə sistem inkişaf etmiş ölkələrdə artıq çoxdandır ki, var. Təklif olunan layihə yaxşıdır, çünki bir neçə dəfə olub ki, uşaq baxçalarında uşaqlara qarşı kobud davranma halları olub, bu müəyyən müddətdən sonra, baxçanın kamera görüntüləri yayılmaqda maraqlı olan vasitəsilə insanlara çatdırılır
Bu barədə ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.
Cümşüd Əliyev - Layihə icraçısı: “Baxça üçün və ya valideyn üçün çox ucuz başa gəlir. 360 dərəcə hərəkət edən kamera vasitəsilə valideynlərə baş verən hadisələrə nəzarət etməyə kömək edir”.
Kamera alınandan sonra isə xüsusi tətbiq smartfona yazılır. Həmin tətbiq də imkan yaradır ki, valideyn istənilən vaxt həmin bu proqrama daxil olaraq baxçada uşağının nə etdiyini görəcək, müəllimənin davranışını istənilən yerdən izləyə bikləcək. Yetər ki, internet olsun.
Elmar Nurəliyev - Təhlükəsizlik üzrə ekspert: “Özəl məktəbəqədər təhsil müəssisələrində mühafizə xidməti var. Bunlar təhsil müəssisələrini həm fiziki, həm də videonəzarət vasitəsilə təhlükəsizliyi təmin edirlər”.
Təhlükəsizlik məsələsi hərtərəfli olmalıdır. Baxçanın özünün kameraları var, amma bu görüntü ki, məsələni həll etmir, elə baxça var ki, belə özünə sərf etməyən, neqativ görüntüləri ört-basdır edir. Çünki biz bildiyimiz 1-2 haldan biridir, həmin bu görüntü. İndi gör nə qədər uşaqlara qarşı kobud davranan müəllimələr və buna şərait yaradan baxçalar var. Olmasaydı, internetdə bəzisi yayılmazdı. Ona görə də sadə kameraların valideynin smartfonu ilə əlaqədə olması baxçaları işlərini yaxşı qurmağa məcbur edəcək.
Digər xəbərlər
loading...