Müğənni İlhamə Qasımova artıq bir neçə ildir ki, Amerikada yaşayır
Axşam.az-ın məlumatına görə, sənətçi bu günlərdə sosial şəbəkədə paylaşım edərək, ünvanına yazılan tənqidlərə cavab verib:
“Allah bizə səbr versin, gözümüzü tox eləsin ki, ona-buna baxıb həsəd aparmayaq. Həyat çox qəddardır, gülürəm, insanlar qeybət edir, amma heç kim həqiqəti bilmir. Günəşli, xoşbəxt, parlaq həyat arzulayıram. Sizlərə də bu cür həyat diləyirəm. Əgər biz hamımız eyni həyatı yaşasaq, onda bir-birimizə düşmən olmaqdan, həyatına həsəd aparmaqdan əl çəkərik. Bir-birimizin həyatını məhv etməyi kənara qoyarıq. Bilmirəm...”.
Qeyd edək ki, İlhamə Amerikada yaşamasının səbəbini hələ də açıqlamır.
Digər xəbərlər
loading...