ABŞ dövlət katibi Maykl Pompeo “The Wall Street Journal”-a müsahibə verib
Dövlət katibi prezident Donald Trampın dünyadakı liberal düzəni dağıtmaq niyyəti daşıması haqda gedən fikirləri rədd edib.
Onun fikrincə, Trampın məqsədi yeni dünya nizamını XXI əsrin reallıqlarına uyğunlaşdırmaqdır.
Jurnalist Uolter Rassel Midə danışan Maykl Pompeo hazırda hökm sürən iqtisadi və diplomatik strukturların II dünya müharbəsindən sonra formalaşdığını və yalnız həmin dövrdə Amerika üçün hansısa məna kəsb etdiyini bildirib.
“Prezident Tramp iclaslarda bizim komanadaya hansısa tapşırıq verdikdə həmişə bu sual verir: “Bu və ya digər struktur Amerikaya necə təsir göstərir?”, - Pompeo bildirib.
Dövlət katibinin söylədiyinə görə, Tramp müəyyən qayda və ya müddəanın ABŞ üçün 1960, 1980, hətta 2000-ci illərdəki əhəmiyyətindən danışmır. O, bunların 2018-ci il və bundan sonrakı illərdə dövlətin qüdrətini necə təmin edəcəyini xəbər alır.
Pompeo yeni dövrdəki əsas vəzifəsinin “artıq ədaləti və bərabər hüquqlu olmayan qaydaların dəyişdirilməsində və ABŞ-ın Avropa və Asiyadakı həqiqi partnyorları ilə mühüm tarixi münasibətlərin möhkəmləndirilməsində görür.
Pompeo ABŞ-ın müasir dövrdə Almaniya ilə uzlaşa bilmədiyini eitraf edib. O bunun üçün iki səbəb göstərir. Birinicisi almanların hərbi və müdafiə işlərinə az pul xərcləməsidir:
“Almaniya dövlətinin öz xalqının təhlükəsizliyini təmin etmək üçün can yandırdığını göstərməsi lazımdır@.
İkincisi isə ticarətdir. Burada almanlar qarşılıqlı şəkildə ədalətli tarif sistemlərinin müəyyən olunmasına və qeyri-tarif əngəllərinin aradan qaldırılmasına çalışmalıdırlar”.
Dövlət katibinin sözlərinə görə, ABŞ-ın xarici siyasəti son 10 ildə terrorizmlə mübarizəyə həsr olunub. Böyük dövlətlərin maraqlarının toqquşması məsələlərinə isə az diqqət yetirilib.
“Hərçənd elə bu gün terrorizimlə savaş ön planda sayılsa da, geopolitikanı Çin və Ruisya kimi iri dövlətlərlə münaqişə daha çox müyyən edir”.
Dövlət katibinin düşüncəsinə görə, Pekin və Moskva ilə bağlı olaraq ABŞ inadkar, lakin çevik siyasət aparmalıdır. O, ABŞ-ın Rusiyanın dünya siyasətindəki təftişçi mövqeyi ilə razılaşmamasına rəğmən, məhdud əməkdaşlıq imkanlarının olduğunu bildirib:
“Bizim dəyərlər sistemimiz fərqli olsa da, mövqelərimizdə üst-üstə düşən məqamlar da var”.
Qəzetin yazdığına görə, Pompeonun təqdim etdiyi kimi Trampın olduqca ambisiyalı gündəliyi var. Belə ki, o dünya düzəninin ABŞ-ın xeyrinə yenidən qurulmasına, eyni zamnda da geopolitik rəqibləri ilə sabit münasibətlərin təsbit olunmasına çalışır.
Yazı müəllifi buna görə indiki administrasiyanı tənqid edib:
“Bu hədəflər olduqca çətin görünür. Beynəlxalq münasibətlərdə hazırda mövcud olan inersiya, yəni ətalət olduqca güclüdür. Köhnə institutları,xüsusilə bağlanılan sazişləri islah etmək elə də asan deyil. Tramp bu cür siyasət sayəsində ABŞ-ın tələblərinə qarşı çıxan qlobal koalisyasının yaranması riskini yaradır. Vaşinqtonun ABŞ üçün daha əlverişli ticarət mexanizmlərini yaratmaq cəhldəri ona gətirib çıxaracaq ki, bir gün Çin, Yaponiya və Rusiya bizə qarşı birləşəcəklər. Bu təhlükə Trampın dramatik jestlərə həddən artıq həvəsli olması və dəyişkən davranışları ilə daha da böyüyür”.(Musavat.com)
Digər xəbərlər
loading...